43bd3fcd-5ee1-454f-a4d2-c9672548cc25..jpg

Çempionlar Liqası: Əliyar Ağayevin idarə etdiyi oyunda beş qol, maksimum nəticə – VİDEO

Baxış sayı: 713 dəfə baxılıb.

Çempionlar Liqası: Əliyar Ağayevin idarə etdiyi oyunda beş qol, maksimum
nəticə – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində son oyunlar keçirilir.

Cixisyolu.com xəbər verir ki, erkən start götürən qarşılaşmalarda (Bakı vaxtı ilə
21:45) G qrupunun taleyinə aydınlıq gəlib.

G qrupunda “Leypziq” evində “Yanq Boyz”u məğlub edib.

Qarşılaşmanın 51-ci dəqiqəsində meydan sahibləri B.Seskonun qolu ilə hesabda
önə keçiblər.

53-cü dəqiqədə E.Kolli hesaba tarazlıq gətirib. E.Forsberq cəmi üç dəqiqə
sonra yenidən komandasını hesabda irəli çıxarmaqla bərabər, həmçinin yekun
hesabı da müəyyən edib.

Azərbaycanlı futbol azarkeşləri üçün daha maraqlı sayıla biləcək qarşılaşma
Serbiyada baş tutub.

Belə ki, azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi “Srvena Zvezda” –
“Mançester Siti” oyununda qapılara beş top vurulub.

“Mançester Siti”nin heyətində M.Hamilton (19-cu dəqiqə), O.Bobb (62-ci dəqiqə)
və K.Filips (85-ci dəqiqə) fərqləniblər. Meydan sahibləri isə İ.Hvanq (76-cı
dəqiqə) və A.Katainin (90+1-ci dəqiqə) qolları ilə məğlubiyyətdən xilas ola
bilməyiblər.

Beləliklə, G qrupunda maksimum xal toplayan “Mançester Siti” və 12 xala sahib
“Leypziq” növbəti mərhələyə yüksəliblər.

Dörd xalı olan “Yanq Boyz” bundan sonra çıxışını Avropa Liqasında davam
etdirəcək. Cəmi bir xal toplayan “Srvena Zvezda” isə avrokuboklarla vidalaşıb.


Source link