83eca244-7582-4848-b788-fb00b56496e8..jpg

Çempionlar Liqası finalı üçün biletlərin qiyməti məlum oldu

Baxış sayı: 403 dəfə baxılıb.

Çempionlar Liqası finalı üçün biletlərin qiyməti məlum oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023/2024 Çempionlar Liqasının finalına biletlərin qiyməti Avropa Futbol
Assosiasiyaları İttifaqının (UEFA) rəsmi saytında dərc olunub.

Məlumata görə, ən ucuz biletlərin qiyməti 60 funt-sterlinqə olacaq. Bu
biletlər iki finalçı komandadan birinin azarkeşləri üçün nəzərdə tutulub.

Digər azarkeşlər isə mövcud 86 min yerdən 60 minini tuta biləcəklər. Finala
çıxan komandaların azarkeşlərinə 25 min yer ayrılacaq. Digər azarkeşlər üçün
biletlər üç kateqoriyaya bölünəcək: III Kateqoriya minimum 160 funt-sterlinqə,
II kateqoriya 430 funt sterlinqə, I kateqoriya biletlər isə 610 funt-sterlinqə
satılacaq

Qeyd edək ki, Çempionlar Liqasının finalı 2024-cü il iyunun 1-də Londondakı
(İngiltərə) Uembli stadionunda keçiriləcək.

Mənbə: championat.com

Source link