Çempionlar Liqası: İtaliyada qalib müəyyən olmadı, İspaniyada dörd qol vuruldu
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunda növbəti oyunlar
keçirilib.
Bakı vaxtı ilə 21:45-də iki oyun start götürüb.
C qrupunda mübarizə aparan “Napoli” doğma meydanda “Yunion Berlin”lə heç-heçə
edib 1:1.
Qolları 39-cu dəqiqədə M.Politano və 52-ci dəqiqədə D.Fofana vurublar.
İspaniyada keçirilən qarşılaşmada isə “Real Sosyedad” “Benfika”nı məğlub edib
3:1.
Hesabı 6-cı dəqiqədə M.Merino açıb. 11-ci dəqiqədə M.Oyarzabal hesabı meydan
sahiblərinin xeyrinə 2:0-a çatdırıb. 21-ci dəqiqədə ispanlar daha bir dəfə
fərqləniblər. A.Barrenetxea qola imza atıb.
Qonaqlar yalnız 49-cu dəqiqədə R.Silvanın qolu ilə təsəlli tapıblar.