f29e202b-a7ed-4010-92df-9b0d081dea76..jpg

Çempionlar Liqası: “Liverpul” “Real Madrid”ə, “Napoli” “Ayntraxt”a qarşı – AFİŞA

Baxış sayı: 855 dəfə baxılıb.

Çempionlar Liqası: “Liverpul” “Real Madrid”ə, “Napoli” “Ayntraxt”a qarşı –
AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu
keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start
götürəcək.

Gecənin ən prinsipial matçı İngiltərədə “Liverpul”la İspaniya “Real Madrid”i
arasında baş tutacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Komandalar indiyədək Avropanın ən nüfuzlu klub turnirində 9 dəfə üz-üzə
gəliblər. Bunların 5-də “kral klubu”, 3-də “mersisaydlılar” qalib gəliblər. Bir
qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.

Gecənin digər matçında isə ÇL-in iddialı kollektivlərindən İtaliya “Napoli”si
Almaniyada “Ayntraxt”ın qonağı olacaq. Oyunda ədaləti portuqaliyalı hakim Artur
Diaş qoruyacaq.

İki komandanın Çempionlar Liqasında yolu cəmi bir dəfə kəsişib. 1994/1995
mövsümünə təsadüf edən hər iki qarşılaşmada Bundesliqa təmsilçisi 1:0 hesablı
qələbəyə sevinib.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
21 fevral

00:00. “Liverpul” (İngiltərə) – “Real Madrid” (İspaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Liverpul, “Enfild” stadionu

00:00. “Ayntraxt” (Almaniya) – “Napoli” (İtaliya)
Baş hakim: Artur Diaş (Portuqaliya)
Frankfurt, “Frankfurt” stadionu.

Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərə
“Tottenhem”inə, Almaniya “Bavariya”sı Fransa PSJ-yə, Dortmund “Borussiya”sı
Almaniyada İngiltərənin “Çelsi” klubuna 1:0, Portuqaliya “Benfika”sı isə
Belçikada “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.

Source link