Çempionlar Liqası matçından sonra Holand “Real Madrid”in soyunub-geyinmə
otağına niyə baş çəkib?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mançester Siti”nin hücumçusu Erlinq Holand Çempionlar Liqasının 1/4 final
mərhələsinin “Real Madrid”lə ilk oyunundan (3:3) sonra rəqibin paltardəyişmə
otağına baş çəkib.
Məlumata görə, norveçli hücumçu yarımmüdafiəçi Luka Modriçin köynəyini istəmək
üçün “Los Blankos”un soyunub-geyinmə otağına daxil olub. Qeyd olunub ki,
xorvatiyalı ilə söhbət zamanı Holand Modriçi əfsanə adlandırıb.
Erlinq Holand 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Hücumçunun klubla
müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm norveçli forvard bütün yarışlarda 37
matçda iştirak edib, 30 qol vurub və altı məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Siti” ilə “Real” arasında cavab oyunu aprelin 17-də
keçiriləcək. Bu oyun İngiltərədə, “Etihad” stadionunda (Mançester şəhəri) baş
tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Mənbə: Championat