e1491abb-2eb8-47a9-9606-add57c79df98.png

Çempionlar Liqası: “Milan” ilk qələbəsini qazandı

Baxış sayı: 202 dəfə baxılıb.

UEFA Çempionlar Liqasında III turun oyunları keçirilir.

Cixisyolu.com xəbər verir ki, “Milan” ev oyununda “Brügge”ni sınağa çəkib.

Qonaqlar matçın 40-cı dəqiqəsindən azlıqda qalıblar. Meydan sahiblərinin say
üstünlüyü yekun hesabda da öz əksini tapıb – 3:1. Reynders dublla yadda qalıb.

Beləliklə, “Milan” turnirdə ilk 3 xalını qazanaraq hazırda turnir cədvəlində
18-ci yeri tutur. Onun rəqibi isə eyni xalla 24-cü yerdədir.

Digər görüşdə “Monako” doğma meydanda “Srvena Zvezda”nı 5:1 hesabı ilə məğlub
edərək 7 xalla turnir cədvəlində liderliyi ələ keçirib. Serb klubu isə xalsız
qalaraq sonuncu 35-ci pillədə qərarlaşıb.

Source link