d5946a6c-00b7-43fc-9b7a-13801f7f9b14..jpg

Çempionlar Liqası: “Real Sosyedad”dan səfər qələbəsi, “Braqa” 10 nəfərlə möhtəşəm geridönüş etdi – VİDEO

Baxış sayı: 565 dəfə baxılıb.

Çempionlar Liqası: “Real Sosyedad”dan səfər qələbəsi, “Braqa” 10 nəfərlə
möhtəşəm geridönüş etdi – VİDEO

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib.

Cixisyolu.com-ın məlumatına görə, günün ilk seansında iki qarşılaşma baş tutub.

C qrupunda Almaniyanın “Union” (Berlin) klubu Portuqaliya təmsilçisi “Braqa”nı
qəbul edib. Beş qolun vurulduğu qarşılaşma qonaq komandanın qələbəsi ilə başa
çatıb – 2:3.

Almaniya təmsilçisi ilk hissədə Şeraldo Bekkerin dublu ilə böyük üstünlük
qazansa da, bunu qorumağı bacarmayıb. Əvvəlcə Siku Niakate və Brumanın vurduğu
qollarla hesabda tarazlıq yaradan qonaqlar 79-cu dəqiqədə Artur Xorxenin
qırmızı vərəqə alması ilə meydanda 10 nəfərlə qalıblar. Lakin 90+5-ci dəqiqədə
Andre Kastro fərqlənərək Portuqaliya təmsilçisinə qələbə qazandırıb.

İlk üç xalını əldə edən “Braqa” hazırda üçüncüdür. “Union”un xalı yoxdur.
Qrupun digər matçında hərəyə üç xala malik “Napoli” (İtaliya) və “Real Madrid”
(İspaniya) birincilərin meydanında üz-üzə gələcəklər.

D qrupunda İspaniyanın “Real Sosyedad” klubu Avstriyada “Zaltsburq”u məğlub
edib – 0:2. Qolları Mikel Oyarsabal və Brais Mendes vurublar.

İlk oyunda İtaliya “İnter”i ilə heç-heçə edən “Real Sosyedad” hazırda dörd
xalla liderdir. Üç xala malik “Zaltsburq” ikinci pillədə qərarlaşıb.

Qrupun digər matçında İtaliyada “İnter” “Benfika” (Portuqaliya) üz-üzə gələcək.


Source link