ffa4b1cb-31ed-4c72-83fb-fa79ba02e727..jpg

Çempionlar Liqası: “Sevilya” avrokuboklardan kənarda qaldı – VİDEO

Baxış sayı: 572 dəfə baxılıb.

Çempionlar Liqası: “Sevilya” avrokuboklardan kənarda qaldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasında qrup mərhələsinin son turuna start verilib.

Cixisyolu.com xəbər verir ki, artıq başa çatan iki qarşılaşma ilə B qrupunda
mübarizəyə yekun vurulub.

“Arsenal” səfərdə PSV ilə minimal hesablı heç-heçə edib – 1:1. “Lans” isə öz
meydanında “Sevilya”ya qalib gəlib – 2:1.

Bu nəticələrdən sonra B qrupunda “Arsenal” 13, PSV 9, “Lans” 8, “Sevilya” isə
2 xal toplayıb.

Beləliklə də, öncəki turdan növbəti mərhələyə keçidini təmin edən “topçular”
PSV ilə birlikdə Çempionlar Liqasının 1/8 finalına adlarını rəsmən yazdırıblar.
“Lans” mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanıb. “Sevilya” isə
bu mövsüm üçün avrokuboklardan kənarda qalıb.

Source link