8e1a12a8-e4f2-47cd-8540-22a1572ce542..jpg

Çempionlar Liqası: Son çempion turnirin ən titullu komandasına qarşı

Baxış sayı: 621 dəfə baxılıb.

Çempionlar Liqası: Son çempion turnirin ən titullu komandasına qarşı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start veriləcək.

Cixisyolu.com xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.

Turnirin favoritləri “Real”la “Mançester Siti” birincilərin meydanında üz-üzə
gələcəklər. “Kral klubu” ÇL-in ən titullu komandasıdırsa, “şəhərlilər” son
çempiondur.

Digər qarşılaşma Londonda baş tutacaq, “Arsenal” “Bavariya”nı qəbul edəcək.
Almaniya klubu favorit sayılsa da, son vaxtlar yaxşı formada olmaması Premyer
Liqanın liderini qələbəyə ümidləndirib.

Mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund) və PSJ (Fransa) –
“Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək.

Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

9 aprel

23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Fransois Letexye (Fransa).

Madrid, “Santyaqo Bernabeu” stadionu.

23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)

Baş hakim: Qlenn Nuberq (İsveç).

London, “Emirates” stadionu.

Source link