4cf014c4-fb0a-4271-8839-5e424953474f..jpg

Çempionlar Liqasında həftənin oyunçusu məlum oldu

Baxış sayı: 901 dəfə baxılıb.

Çempionlar Liqasında həftənin oyunçusu məlum oldu

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

UEFA-nın yaydığı məlumata görə, bu ada “Mançester Siti”nin müdafiəçisi Con
Stounz layiq görülüb. O, qurumun saytında azarkeşlər arasında keçirilən
səsvermədə hamını üstələyib. Stounz “Milan”dan Brahim Dias, “İnter”dən
Alessandro Bastoni və “Real Madrid”dən Vinisius Junioru qabaqlayıb.

28 yaşlı futbolçu “Mançester Yunayted”in öz meydanında “Bavariya”nı 3:0 hesabı
ilə məğlub etdiyi yarımfinal mərhələsinin ilk oyununda 90 dəqiqə meydanda olub
və sonuncu qolun ötürməsini edib.

Source link