Çempionlar Liqasında iştirak etdiyi üçün “Qarabağ”a pul verildi

Baxış sayı: 2. 001 dəfə baxılıb.

Çempionlar Liqasında iştirak etdiyi üçün “Qarabağ”a pul verildi

“Qarabağ”ın büdcəsinə UEFA-dan növbəti vəsait daxil olub. 

ÇıxışYolu.Com xəbər verir ki, Ağdam klubu ötən mövsüm üçün UEFA Çempionlar Liqası iştirakçısı kimi 981 min avro qazanıb.

UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, vəsait AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.