Çempionlar Liqasında püşk atıldı - VİDEO

Çempionlar Liqasında püşk atıldı – VİDEO

Baxış sayı: 3. 166 dəfə baxılıb.

Bu gün futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. 

ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib. 

Püşk nəticəsində Almaniyanın “Bavariya” komandası Madridin “Real” klubu ilə, İngiltərənin “Liverpul” komandası isə İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın ilk oyunları 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Turnirin finalı mayın 26-da Kiyevdə baş tutacaq.

www.ÇıxışYolu.Com