Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, son oyunun günündə daha 8 görüş baş tutub.
A, B, C və D qruplarındakı son oyunların ardından 1/8 final mərhələsinə son iki vəsiqənin sahibi də müəyyənləşib.
C qrupunda ikinci yer uğrunda 3 komanda mübarizə aparıb. Amma sonda sevinən “Atalanta” olub. Nəticədə, İtaliya klubu tarixində ilk dəfə ÇL-in 1/8 finalında mübarizə aparmaq hüququ qazanıb.
D qrupunda isə ikinci yeri ya “Bayer”, ya da “Atletiko” tutacaqdı. Sonda bu sevinci Madrid təmsilçisi yaşayıb.
Avropa Liqasına yollanan 4 komanda da bu 8 matçdan sonra bilinib. Bunlar “Brügge”, “Olimpiakos”, Donetsk “Şaxtyor”u və “Bayer”di.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
11 dekabr
A qrupu
“Brügge” (Belçika) – “Real” (İspaniya) 1:3
Qol: Vanaken, 55 – Rodriqo, 53. Vinisius, 64. Modriç, 90+1.
PSJ (Fransa) – “Qalatasaray” (Türkiyə) 5:0
Qol: İkardi, 32. Sarabia, 35. Neymar, 47. Mbappe, 63. Kavani, 83-pen.
B qrupu
“Bavariya” (Almaniya) – “Tottenhem” (İngiltərə) 3:1
Qol: Koman, 14. Müller, 45. Koutinyo, 64. – Sessenyon, 20.
“Olimpiakos” (Yunanıstan) – “Srvena Zvezda” (Serbiya) 1:0
Qol: El Arabi, 86-pen.
C qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Mançester Siti” (İngiltərə) 1:4
Qol: Olmo, 10 – Q.Jezus, 34; 50; 54. Foden, 84.
“Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya) 0:3
Qol: Kastan, 66. Paşaliç, 80. Qosens, 90+4.
D qrupu
“Bayer” (Almaniya) – “Yuventus” (İtaliya) 0:2
Qol: Ronaldo, 75. İquayn, 90+2.
“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) 2:0
Qol: J.Feliks, 17-pen. Felipe, 54.