Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirildi

Baxış sayı: 2. 140 dəfə baxılıb.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirildi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, turun ilk oyun günündə üç görüş olub. Qitənin ən nüfuzlu klub turnirində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Belarusun BATE komandası Hollandiya təmsilçisi PSV-ni qəbul edib. Hesabı meydan sahibləri açsalar da, qonaqlar 3:2 hesablı qələbəyə nail olublar.

Portuqaliyada “Benfika” Yunanıstanın PAOK klubu üzərində qələbəni əldən verib. Tərəflər hərəyə bir dəfə fərqləniblər.

Serbiyada “Srvena Zvezda” ilə Avstriyanın “Zaltsburq”u arasındakı görüşdə isə hesab açılmayıb.

Mərhələnin digər üç qarşılaşması – “Ayaks” – “Dinamo Kiyev”, “Vidi” – AEK, “Yanq Boyz” – “Dinamo Zaqreb” avqustun 22-də baş tutacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşləri avqustun 28-də və 29-da keçiriləcək.

www.ÇıxışYolu.Com