Çempionlar Liqasının qrup mərhələsində ən çox qazanc əldə edən 10 klub
açıqlanıb – SİYAHI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cari mövsümdə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ən çox qazanc
əldə edən klubların adları açıqlanıb.
Siyahıya İspaniyanın “Real” klubu başçılıq edir.
Madrid təmsilçisinin qrup mərhələsindəki gəliri 79,89 milyon avro olub. Bunun
15,6 milyonu qrupda iştiraka görə verilib. “Kral klubu” hər qələbəyə görə 2,8
milyon, pley-offa vəsiqəyə görə isə 9,8 milyon avro alıb. Son 10 ildə
Çempionlar Liqasındakı çıxışa əsasən hesablanan əmsallardan asılı olaraq, bonus
kimi daha 36,4 milyon avro büdcəyə köçürüləcək. Digər gəlirlər isə ümumi
bonuslar hesab olunur.
ÇL-in qrupunda ən çox qazanc əldə edən 10 klubun siyahısı:
1. “Real” (İspaniya) – 79,89 milyon avro
2. “Bavariya” (Almaniya) – 76,64 milyon
3. “Mançester Siti” (İngiltərə) – 76,48 milyon
4. “Barselona” (İspaniya) – 71,53 milyon
5. “Atletiko” (İspaniya) – 71,11 milyon
6. PSJ (Fransa) – 63,89 milyon
7. “Portu” (Portuqaliya) – 63,57 milyon
8. “Borussiya” (Dortmund, Almaniya) – 63,52 milyon
9. “Arsenal” (İngiltərə) – 63,36 milyon
10. “Napoli” (İtaliya) – 58,04 milyon
Mənbə: AS nəşri