4677f27a-c1b8-4046-b9cb-040a48c556c3..jpg

Ceni Bojak: “Qarabağda dağıdılmış tikililəri görmək dəhşətlidir”

Baxış sayı: 1. 023 dəfə baxılıb.

Ceni Bojak: “Qarabağda dağıdılmış tikililəri görmək dəhşətlidir”

“Qarabağı, azad olunmuş əraziləri gəzərkən dağıdılmış tikililəri görmək
dəhşətlidir. Bu səyahət mənə böyük təcrübələr qazandırdı. Dağıntıları kənara
qoysaq, bu bölgənin möhtəşəm təbiəti və gözəl mənzərələri var”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan britaniyalı səyyah
Ceni Bojak söyləyib.

Doğum gününü Azərbaycanda qeyd etməsinin onun üçün böyük sevinc olduğunu
bildirən C.Bojak bildirib:

“Əminəm ki, bu ərazilər qışda olduğu kimi, yayda da gözəl olur. Laçında bərpa
işlərinin aparıldığını görürük. İnanıram ki, gələcəkdə bura daha gözəl olacaq”.

Source link