ed30bcde-9801-4077-b185-163772085505..jpg

Cennifer Eniston: “Metyu Perri xoşbəxt və sağlam idi”

Baxış sayı: 529 dəfə baxılıb.

Cennifer Eniston: “Metyu Perri xoşbəxt və sağlam idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur “Friends” serialında canlandırdığı Çandler obrazı ilə yaddaşlara həkk
olunan Metyu Perrinin qəfil ölümündən sonra aktrisa Cennifer Eniston onun
haqqında danışıb.

“O, xoşbəxt və sağlam idi. Siqareti atmışdı və forma alırdı. Xoşbəxt idi.
Mənim bildiyim budur”, – deyə Eniston söyləyib.

Onun sözlərinə görə, dostu həyatının son illərində özü və sağlamlığı üzərində
çox çalışıb, uğur qazanıb.

“O, həqiqətən də çox çətin anlar yaşadı. Mən onun üçün çox darıxmışam. Biz
hamımız darıxırıq. Ümid edirəm ki, onu nə qədər sevdiyimizi bilər”, – deyə o
əlavə edib.

Mənbə: REN TV

Source link