Müğənni Cennifer Lopes Hollivud aktyoru Ben Affleklə boşanandan sonra
əməliyyat etdirməyə qərar verib.
Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə “Radar Online” nəşri ulduzların
yaxınlarına istinadla xəbər verib.
Bildirilib ki, Lopes Afflekə kimi itirdiyini göstərmək üçün həmişəkindən daha
yaxşı görünmək istəyir. Mənbənin sözlərinə görə, müğənni bu yaxınlarda
Kaliforniyadakı “Dello Russo Laser Vision” klinikasında LASIK üsulu ilə görmə
korreksiyası etdirib.
“Cen eynək və kontakt linzalardan qurtulmaq istəyirdi, o, hər şeyə yenidən
başlamaq və həyata yeni baxışla baxmaq istəyir. O qərara gəldi ki, yalnız özü
üçün nəsə etmək vaxtı gəlib”, – deyə mənbə bildirib.
Mənbə vurğulayıb ki, əslində Lopes görmə korreksiyası əməliyyatını çoxdan
etdirmək istəyirdi, lakin Ben Affleklə münasibətlərinə və işinə diqqət
yetirdiyi üçün təxirə salırdı.
Ulduzun yaxın dostu deyib ki, müğənni indi görməsindən məmnundur.