b2d2fc06-57a8-4d81-9d82-c5bacb3d07f9.webp

Cennifer Lopes ilk dəfə Ben Affleklə ayrılığını şərh etdi

Baxış sayı: 251 dəfə baxılıb.

Məşhur müğənni və aktrisa Cennifer Lopes Hollivud aktyoru Ben Affleklə
boşandıqdan sonra hissləri haqqında ilk dəfə açıq danışıb.

Cixisyolu.com-ın verdiyi məlumata görə, ulduz bu barədə “Interview” nəşrinə verdiyi
müsahibə zamanı etiraflar edib.

Aktrisa həqiqi məhəbbət hekayəsinin dağılmasının onun üçün əsl fəlakət
olduğunu bildirib.

“Bu çox ağrılı idi. Mənə elə gəlirdi ki, həyatım dağılıb. İndi yenidən
yaşamağı öyrənməli, bir çox şeylərə fərqli baxmalıyam”, – deyə müğənni bölüşüb.

Cennifer, həmçinin bildirib ki, yalnız indi dərk edir ki, tək olarkən də
sevinc və xoşbəxtliyi hiss edə bilir.

“Kişi ilə münasibətlər məni şəxsiyyət kimi müəyyən etmir. Mən xoşbəxtliyi
başqalarında axtara bilmərəm və bunu istəmirəm, onu öz içimdə tapmalıyam”, –
deyə Lopes bildirib.

Xatırladaq ki, 51 yaşlı ulduz bundan əvvəl üç dəfə uğursuz nikahda olub:
ofisiant Ohani Noa (1997-1998), rəqqas Kris Cadd (2001-2002) və müğənni Mark
Entoni (2004-2014) ilə (ondan əkizlər dünyaya gətirib).

2022-ci il iyulun 16-da Lopes və Afflek Las-Veqasda evləniblər, 2024-cü ilin
avqustunda isə Cennifer rəsmi olaraq boşanma ərizəsi verib.

Yeri gəlmişkən Cennifer Lopes yeni açıq-saçıq fotosessiyasından görüntülər
paylaşıb. Kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən heyranlıqla
qarşılanıb.

Source link