9a710ed2-e7db-491c-b6ec-6e109af32e02..jpg

Çernobıl faciəsindən 37 il ÖTÜR – FOTO/VİDEO

Baxış sayı: 833 dəfə baxılıb.

Çernobıl faciəsindən 37 il ÖTÜR – FOTO/VİDEO

Çernobıl atom-elektrik stansiyasında (AES) baş vermiş dəhşətli faciədən 37 il
ötür.

Cixisyolu.com xəbər verir ki, 1986-cı il aprelin 26-da Ukraynanın Kiyev vilayətində
yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın
baş verib. Alov genişlənərək üç bloku bürüyüb.

Hadisədən sonra həyat üçün təhlükəli olan radioaktiv duman yaranıb. Nəticədə
17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.

Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi
Avropaya doğru hərəkət etsə belə, “ölüm buludu”nun yerdə qalan hissəsini külək
cənuba sürükləyib.

Qəza nəticəsində Ukraynada 4 400 nəfər həyatını itirib. Onlardan çoxu
partlayışın nəticələrini aradan qaldırmaq üçün əraziyə gələn fəhlələr olublar.
Ümumilikdə, faciə zamanı 7 000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü
radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz
qalıb.

Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranıb.
Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada
dolaşmaqdadır.

Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün 1986-ci ildə
Çernobıla yeddi min azərbaycanlı göndərilib. Onlardan 2 min nəfəri Çernobılda
aldıqları şüalanmadan vəfat edib.


Source link