Terrorçu PKK-nın Suriya qanadı olan PYD-nin liderlərindən (sabiq həmsədr – red), Türkiyədə son illər baş verən son partlayışlarda, terraktlarda əli olan, Abdullah Öcalan və Murat Karayılandan sonra Türkiyədə ən təhlükəli terrorçu sayılan Salih Müslim bu gün Praqa Məhkəməsi tərəfindən sərbəst buraxılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Türkiyə tərəfindən axtarışda olduğu üçün qaçıb Çexiyanın paytaxtı Praqa şəhərində gizlənən Müslim bu günlərdə Çexiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaşadığı hoteldə yatdığı yerdə yaxalanmışdı.
Türkiyə rəsmiləri isə dərhal hərəkətə keçərək, Müslimin təhvil verilməsi üçün Cexiya dövləti və hökumətinə üç ayrı müraciət göndərmişdi.
Bu səbədən Müslimin Türkiyəyə, bunun əvəzində isə kürd terrorçu qruplara dəstək verdikləri üçün Türkiyədə həbs edilən iki çexiyalının öz ölkəsinə təhvil veriləcəyi gözlənilirdi.
Amma bu gün Praqa Məhkəməsində cəmi bir neçə dəqiqəlik məhkəmə prosesindən sonra hakim Müslimin sərbəst buraxıldığını elan edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com