Çexiya Rusiya qazının alışını bərpa edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabr ayında Çexiya şirkətləri qadağaya baxmayaraq, Rusiya təbii qazının
alışını bərpa ediblər.
Bunu Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela “Facebook”da yazıb.
O, sosial şəbəkə səhifəsində qeyd edib ki, ölkənin bu qaza ehtiyacı yoxdur,
çünki qış üçün artıq ehtiyatı var.
Eyni zamanda, nazir vurğulayıb ki, Rusiyanın enerji resurslarının Avropa
İttifaqına ixracı sanksiyalara məruz qalmır, çünki bəzi ölkələr hələ də onsuz
keçinə bilmir.