Çexiyada kommunistlərə qarşı kütləvi etirazlar  – VİDEO

Çexiyada kommunistlərə qarşı kütləvi etirazlar – VİDEO

Baxış sayı: 2. 559 dəfə baxılıb.

Çexiyanın paytaxtı Praqa və digər şəhərlərdə “Keçmiş quruluşun qayıtmasını istəmirik”, “Kommunistlərin hakimiyyətə gəlməsinə imkan verməyəcəyik” şüarı altında kütləvi etiraz aksiyaları keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Praqada keçirilən mitinqdə on mindən çox sakin iştirak edib. Vatslav meydanına təşkil olunan aksiyaya respublikanın sağçı partiyalarından da nümayəndələr qatılıb.

Gənclərin üstünlük təşkil etdiyi etiraz aksiyasında, insanlar baş nazir Andrey Babişin istefa verməsini tələb edib.

Qeyd edək ki, ölkədə kommunist rejimin süqutundan sonra ilk dəfə olaraq bu posta kommunist siyasətçi seçilib.

Ötən cümə Zdenek Ondraçek 3 ay davam edən müzakirələrdən sonra komitənin başçısı təyin olunub. Kommunistlərdən savayı, onun leyhinə hakim “Narazı vətəndaşların aksiyası” (NVA) hərəkatının nümayəndələri də səs verib.

Yerli media  NVA ilə kommunistlər arasında pərdəarxası sövdələşmənin baş tutduğunu iddia edir. NVA-a başçılıq edən baş nazir Babiş Avropa İttifaqı fondlarından ayrılan dotasiyalardan suistifadə etməkdə şübhəli bilinir və onun qanunverici orqanda deputatların etimadını qazanmağa çalışdığı bildirilir.  

Təyinat almış  Zdenek Ondraçek sosialist Çexoslovakiyanın dövründə xüsusi təyinatlı dəstənin üzvü olub və demokratiya tərəfdarlarının mitinqlərinin dağıdılmasında iştirak edib.

Debatlar zamanı Ondraçek öz keçmişinə görə heyfləndiyini qeyd etsə də bunları deyib:

“Aranızda kim günahsızdırsa, qoy mənə daşı birinci o atsın”

.
www.ÇıxışYolu.Com