Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin
İstanbul şəhərində “3+3” regional platformasının nazirlər toplantısında çıxış
edib.
Cixisyolu.com-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.
Bildirilir ki, Azərbaycanın təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji,
nəqliyyat, rabitə, ətraf mühit kimi müxtəlif sahələrdə ümumi çağırışları
əməkdaşlıq imkanlarına çevirmək üçün baxışı təqdim edilib.
Həmçinin münaqişədən sonrakı dövrün belə kritik anında regionda davamlı və
dönməz sülhə nail olmaq üçün Ermənistan tərəfindən zəruri Konstitusiya
dəyişiklikləri vasitəsilə keçmiş münaqişənin narrativlərinin və strukturlarının
aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Minister of Foreign Affairs of the Republic of #Azerbaijan
@Bayramov_Jeyhun
delivered a speech at the meeting of the “3+3” regional consultative format
held in#Istanbul
Azerbaijan’s vision of transforming common challenges into cooperation
opportunities in various fields,…pic.twitter.com/974qofKpZn
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) October 18, 2024