553b62a2-eee0-4e72-8a12-32766c62207b..jpg

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Baxış sayı: 607 dəfə baxılıb.

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisini Ermənistanın təxribatları
barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa
və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon
danışığı aparıb, onu Ermənistanın təxribatları barədə məlumatlandırıb.

Nazirlikdən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və ABŞ
arasında ikitərəfli əməkdaşlıq gündəliyi, Azərbaycanla Ermənistan arasında
normallaşma prosesindən irəli gələn məsələlər və bölgədə vəziyyət müzakirə
olunub.

C.Bayramov Ermənistanın bölgədə qəsdən vəziyyəti gərginləşdirdiyi, müxtəlif
bəhanələrlə, habelə bölgədə “blokada” və “humanitar böhran” kimi iddialar
yaymaqla sülh prosesinə maneə törətdiyini bildirib. Bununla yanaşı,
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialarının,
Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini
çıxarmaqdan imtina etməsinin və ölkəmizin daxili işlərinə qarışmasının
qəbuledilməz olduğunu vurğulayıb.

Ermənistanın Azərbaycanın öz suveren ərazilərində yaratdığı “Laçın” sərhəd
buraxılış məntəqəsinə qarşı təxribatları davam etdirdiyi, buna baxmayaraq,
ölkəmizin erməni sakinlərin hər iki istiqamətdə keçidi üçün şərait yaratdığını
xatırladıb.

Nazir qeyd edib ki, Azərbaycan tərəfindən yüklərin daşınması üçün
Ağdam-Xankəndi və digər alternativ yolların təklif olunmasına baxmayaraq,
erməni tərəfinin yüklərin daşınması üçün yollarda maneələr yaratmasının və bu
yollarla yüklərin daşınmasına qarşı çıxmasının “blokada” və “humanitar
vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu bir daha sübut edib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Source link