Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ
prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş
direktoru Maykl Karpenterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər, habelə
Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və
perspektivləri müzakirə olunub.
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərdə müsbət dinamikanın
yaradılması, gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi
istiqamətində səylərin artırılmasının əhəmiyyəti qeyd edilib.
Görüş zamanı Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında normallaşma və
sülh sazişi üzrə aparılan proses, eləcə də sonuncu İstanbul görüşü barədə qarşı
tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə
baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda
Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi
sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu
vurğulanıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.