3543e4c6-49ac-4a86-821b-389ccdb0ac0d..jpg

Ceyhun Bayramov Antonio Quterreşlə BMT-Azərbaycan münasibətlərini müzakirə edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 497 dəfə baxılıb.

Ceyhun Bayramov Antonio Quterreşlə BMT-Azərbaycan münasibətlərini müzakirə
edib – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində
BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə, Azərbaycan və BMT
arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bölgədə cari vəziyyət müzakirə
olunub.

C.Bayramov, ölkəmizin BMT-yə üzv olmasından bəri Təşkilat, o cümlədən onun
ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini, BMT-nin ölkəmizdəki
fəaliyyətinin əhəmiyyətli olduğu bildirilib.

Bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh
gündəliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, eyni zamanda, ötən
günlərdə ölkəmiz tərəfindən ərazilərimizdə hələ işğal dövründə BMT TŞ-nin 4
qətnaməsinə zidd olaraq qeyri-qanuni mövcudluğunu davam etdirən, post-münaqişə
dövründə Ermənistan tərəfindən saxlanan erməni silahlı qüvvələrinin varlığına
son qoyulması ilə nəticələnən lokal antiterror tədbirləri barədə məlumat verib.

Sözügedən tədbirlərin 30 illik işğalın qalıqlarının aradan qaldırılması, o
cümlədən bölgədə sülh və stabilliyə qarşı davamlı təxribatlar törədən qanunsuz
silahlı qüvvələrin çıxarılması baxımından sülh prosesinə, o cümlədən Qarabağ
bölgəsindəki yerli erməni sakinlərin reinteqrasiyasına töhfə verəcəyi əminliklə
vurğulanıb.

Bu xüsusda, artıq ötən günlərdə Yevlax şəhərində Azərbaycan Hökuməti ilə
erməni sakinlərin nümayəndəsi arasında görüşün baş tutması, habelə bu görüşün
nəticələrinə uyğun olaraq sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində
tərəfimizdən addımların atıldığı, humanirar yardımların göstərildiyi bildirilib.

C.Bayramov BMT baş katibinə hal-hazırda həyata keçirilən erməni silahlı
qüvvələrinin tərk-silahı prosesi barədə məlumat verib, son üç gün ərzində
müsadirə edilmiş hərbi texnikanın və silah-sursatın şəkillərini baş katibə
təqdim edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

23 sentyabr, 23:20

“Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının yaxın zamanda
reallaşacağına inanıram”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT baş katibi Antonio Quterreş
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

Görüşdə baş katib regionda mövcud vəziyyət barəsində nazir tərəfindən
məlumatlandırılıb.

Tərəflər, həmçinin BMT və Azərbaycan münasibətlərinin müxtəlif
istiqamətlərini, regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, görüş artıq başa çatıb.

22:28

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası
çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT
baş katibi Antonio Quterreşlə görüşüb.

“Report”un ABŞ bürosu xəbər verir ki, nazir öncə BMT-nin xatirə dəftərinə ürək
sözlərini yazıb. A.Quterreş və C.Bayramov diplomatlar görüşdən öncə xatirə
fotosu çəkdiriblər.

Görüşdə BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri və regional
məsələlər, eləcə də, Ermənistan-Azərbaycan münasibətlərin müzakirəsi nəzərdə
tutulub.

Təkbətək görüş hazırda davam edir.

Source link