5136ec95-7ee5-4bdc-a72e-87a744dcd1c3..jpg

Ceyhun Bayramov: “Azərbaycandan Türkiyəyə könüllülər gələcəklər” – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 958 dəfə baxılıb.

Ceyhun Bayramov: “Azərbaycandan Türkiyəyə könüllülər gələcəklər” – YENİLƏNİB +
FOTO/VİDEO

“Azərbaycandan Türkiyəyə könüllülər gələcəklər”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Azərbaycan
xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Fövqəladə Halların Nazirliyinin
Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalında olarkən
deyib.

“Azərbaycandan könüllülərin hissə-hissə, planlı şəkildə Türkiyəyə gəlməsi
üzərində çalışmalar gedir. Bu gündən etibarən ölkəmizdən könüllülər Türkiyəyə
gələcəklər”, – nazir bildirib.

Türkiyənin #Kahramanmaraş

şəhərinə səfəri çərçivəsində nazir@Bayramov_Jeyhun
zəlzələ bölgəsində
xilasetmə əməliyyatlarına dəstək göstərən xilasedicilərimizi ziyarət edib &
zəlzələdən zərər çəkmiş şəxslərin xilas olunması istiqamətində fədakar
fəaliyyətlərinə görə təşəkkür edib.pic.twitter.com/C8I2bXQlEi

— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 11, 2023

14:52

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar
Nazirliyinin həkimlərinə təşəkkür edib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, o, bu barədə
FHN-in Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitalında
olarkən deyib.

“Sağ olun, qardaşlar. Allah qüvvət versin!” – Çavuşoğlu bildirib.

14:49

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə səfərdə olan Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş şəhərindəki mobil səhra
hospitalına gəliblər.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, hər iki nazir
hospitalda yaradılmış şəraitlə yaxından tanış olublar.

Daha sonra Bayramovla Çavuşoğluya mobil səhra hospitalında xəstələrə
göstərilən yardımlar barədə məlumat verilib.

14:26

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, o, bu barədə
Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış
şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib.

“Qardaşlarımız Türkiyədə baş vermiş yanğınlar zamanı da bizə köməklik etdilər.
Var olsun Azərbaycan!”

13:55

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə səfərdə olan Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu
Kahramanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, hər iki nazir
davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olub.

Daha sonra C.Bayramovla M.Çavuşoğluya əməliyyatlarla bağlı məlumat verilib.

Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi
nəzərdə tutulub.

13:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dağıdıcı zəlzələdən zərər
çəkmiş Kahramanmaraş şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
tərəfindən qarşılanıb.

Azərbaycan Respublikasının xarici işlər naziri @Bayramov_Jeyhun
qardaş Türkiyənin
dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Türkiyənin xarici
işlər naziri@MevlutCavusoglu
tərəfindən qarşılanıb.
pic.twitter.com/GzH4d64nhW
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 11, 2023

Ceyhun Bayramov Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD)
Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi,
təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində
görülən işlərlə tanış olub.

Nazir @Bayramov_Jeyhun
#Türkiyə

|nin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində@AFADBaskanlik
Mərkəzini ziyarət edib,
zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin
zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə
tanış olub.pic.twitter.com/lfJo9IbL5B
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 11, 2023

12:33

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ
ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gedib.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, naziri gətirən
təyyarə şəhərin hava limanına eniş edib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık
rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan
rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak
olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı
təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə
hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə
yeddi günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10
şəhərində üç aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi
tarixə düşüb.

08:44

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin
zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş
şəhərinə səfərə yola düşüb.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində Ceyhun Bayramovun Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.


Source link