Ceyhun Bayramov: “Biz ilk olaraq qonşu, region ölkələrinə xitab edirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Qlobal problemlər bir gündə ortaya çıxmır, bunun yaranmasına rəvac verən
təməl məsələlər olur”.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov
XI Qlobal Bakı Forumunda “Müharibə və Sülh haqqında: “Realpolitik”in qayıdışı”
mövzusunda keçirilən panel iclasında deyib.
O bildirib ki, artıq qarşıda duran hədəflər açıq şəkildə görünür:
“Ancaq müəyyən problemlər var ki, onlar aradan qaldırılmalıdır. Hazırda bunun
üçün alətlər var, lakin bu alətlər çox məhdud saydadır. Biz müşahidə edirik ki,
vəziyyət faciəvi şəkildə genişlənməkdədir. İkinci Dünya müharibəsinin yaratdığı
səbəblərdən qidalanır. Ortada bəzi güclər var ki, onlar güclü aktorlardır və öz
maraqları var, onların maraqlarına da diqqət etmək lazımdır”.
Nazir vurğulayıb ki, “realpolitik”dən danışarkən real yanaşma seçməyin
vacibliyini vurğulamaq lazımdır:
“Ölkələr stabillik və dayanıqlılıq üçün öz maraqları ilə yanaşı digər qonşu
ölkələrin yanaşmasına da diqqət etməlidirlər. Azərbaycanın bu məsələdəki
yanaşması belədir ki, biz ilk olaraq qonşu, region ölkələrinə xitab edirik. İlk
olaraq regiona xitab edilməlidir ki, o daha sonra genişlənib qlobal səviyyəyə
yüksəlsin”.