558e656e-c53e-4b63-a0a8-05f72326a61d..jpg

Ceyhun Bayramov Bolqarıstanın səfirini qəbul edib – FOTO

Baxış sayı: 874 dəfə baxılıb.

Ceyhun Bayramov Bolqarıstanın səfirini qəbul edib – FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan
Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ruslan
Stoyanovu qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfir Ruslan Stoyanov etimadnaməsinin surətini nazirə təqdim
edib.

Ceyhun Bayramov səfir Ruslan Stoyanovu təyinatı münasibətilə təbrik edib, ona
fəaliyyətində uğurlar arzulayıb. İki ölkə arasında müxtəlif, o cümlədən siyasi,
iqtisadi, energetika sahələrində ikitərəfli münasibətlərin mövcudluğuna
məmnunluqla istinad edən nazir Ceyhun Bayramov, münasibətlərin daha da inkişaf
etdirilməsi üçün potensialın olduğunu bildirib.

Əlaqələrin inkişafında Azərbaycan və Bolqarıstan arasında mövcud siyasi dialoq
və yüksək səviyyəli səfərlərin və təmasların mühüm rol oynadığı diqqətə
çatdırılıb. Xüsusilə, energetika sahəsində səmərəli əməkdaşlığın təcəssümü kimi
ötən il Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə
Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyəti
qeyd olunub. Bu xüsusda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin
olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolundan geniş bəhs
edilib.

Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən səfir Ruslan
Stoyanov, Azərbaycan və Bolqarıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli
səviyyələrdə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğunu qeyd
edib. Bu xüsusda, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da inkişaf
etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Source link