Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə Brüssel görüşünü müzakirə
edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici
İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri
Ceyms Kleverli ilə telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər, bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı
məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşdırılması və bu xüsusda Brüssel görüşünü müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
üzrə fikir mübadiləsi aparılıb.