0ea43eed-8047-47bb-a188-57cc7e983010..jpg

Ceyhun Bayramov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə müzakirələr apardı

Baxış sayı: 877 dəfə baxılıb.

Ceyhun Bayramov BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə müzakirələr
apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qırmızı Xaç
Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç
arasında görüş keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu
ətrafında vəziyyət, habelə BQXK-nın Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti
məsələləri müzakirə olunub.

Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini
qeyd edib. Daha sonra Laçın yolundan BQXK daxil olmaqla avtomobillərin,
yüklərin və vətəndaşların sərbəst hərəkəti istiqamətində səylərdən məmnunluq
ifadə olunub. Etirazlara səbəb olan vəziyyətin aradan qaldırılmasının vacib
olduğu bildirilib.

Nazir, həmçinin son aylar Laçın yolundan 3 000-dən yuxarı nəqliyyat
vasitəsinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya
Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq
edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin
iddialarının heç bir əsasının olmadığını qeyd edib.

Eyni zamanda, hələ 2022-ci ilin dekabr ayında ehtiyac olacağı təqdirdə
Azərbaycan tərəfinin birbaşa və ya BQXK vasitəsilə yerli erməni sakinlərə
yardım göstərməyə hazır olduğunu bildirdiyi xatırlanıb.

Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Source link