4238978b-d888-48f9-8ec2-8dc615ad737f..jpg

Ceyhun Bayramov Braziliya Federal Senatının nümayəndə heyəti ilə görüşüb – FOTO

Baxış sayı: 650 dəfə baxılıb.

Ceyhun Bayramov Braziliya Federal Senatının nümayəndə heyəti ilə görüşüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkisinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan
Braziliya Federal Senatında Braziliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri
Senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Braziliya arasında ikitərəfli və
çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar
və ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub.
Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti
arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun növbəti
görüşünə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.

C.Bayramov müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyümüz və
suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkisinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını
qeyd edib.

Görüşdə həmçinin bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)
ikitərəfli əlaqələrin inkişafı, habelə COP30-u keçirən ölkə kimi Braziliya ilə
əlaqələndirmə işlərinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Source link