Ceyhun Bayramov Britaniya səfiri ilə Qarabağın bütün sakinlərinin hüquqlarının
müdafiəsini müzakirə edib
Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramovla görüşüb.
Bu barədə səfir öz “X” hesabında paylaşım edib.
“Xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı Kenterberi arxiyepiskopu
Castin Velbi ilə əhəmiyyətli müzakirələr apardıq. Biz davam edən humanitar
yardımları və Qarabağın bütün sakinlərinin hüquqlarının müdafiəsini müzakirə
etdik”, – paylaşımda qeyd edilib.
Xarici İşlər Naziri @Bayramov_Jeyhun
Kenterberi arxiyepiskopu@JustinWelby
müzakirələr apardıq. Biz davam edən humanitar yardımları və Qarabağın bütün
sakinlərinin hüquqlarının müdafiəsini müzakirə etdik.pic.twitter.com/bgWWU651RC
— FergusAuldFCDO (@FergusAuldFCDO) October 3, 2023