df434d72-f820-4624-9fa1-cf33a929e5fb..jpg

Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın təxribatları barədə məlumatlandırıb

Baxış sayı: 886 dəfə baxılıb.

Ceyhun Bayramov britaniyalı naziri Ermənistanın təxribatları barədə
məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa
regionu üzrə dövlət naziri Leo Dokerti ilə telefon danışığı zamanı Laçın
yolundakı vəziyyət və Ermənistanın təxribatları barədə məlumat verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli
gündəliyinin aktual məsələlərini, bölgədə yaranmış son vəziyyəti və
Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə
ediblər.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərdən məmnunluğunu bildirən nazir
Ceyhun Bayramov, rəsmi təmasların və səfərlərin əhəmiyyət daşıdığını qeyd edib.
Nazir Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat
verib. Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı
həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu,
blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı,
humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2000-ə yaxın avtomobilin
istifadə etdiyi diqqətə çatdırılıb.

Ermənistanın öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə
normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar, sülh sazişi
üzrə sonuncu Moskva görüşünü boykot etməsi barədə qarşı tərəf
məlumatlandırılıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə
yenidənqurma işləri aparan bir dövlət kimi normallaşma prosesində maraqlı
olduğu vurğulanıb.

Dövlət naziri Leo Dokerti öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə
qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib, başsağlığı diləklərini
çatdırıb. O, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının,
danışıqların bərpa olunmasının vacib olduğunu bildirib.

Daha sonra, tərəflər ikitərəfli və çoxtərəfli məsələlər üzrə fikir mübadiləsi
aparıblar.

Source link