b59aa9ff-9632-4924-8fc0-d2cf74a8c9ae..jpg

Ceyhun Bayramov Çavuşoğluna zəng edib – YENİLƏNİB

Baxış sayı: 909 dəfə baxılıb.

Ceyhun Bayramov Çavuşoğluna zəng edib – YENİLƏNİB

20 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu
arasında telefon danışığı baş tutub.

Bu barədə Cixisyolu.com-a XİN-dən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan
tələfatı və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan
qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirə
aparılıb.

“Nazir Ceyhun Bayramov, Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini
davam etdirəcəyini bir daha vurğulayıb. Bu gün Hatayda baş vermiş iki güclü
zəlzələ təkanlarının təsirləri ilə maraqlanıb.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət,
zəlzələ bölgələrində binaların tikintisi planları barədə ətraflı məlumat verib.
O, Hatayda baş vermiş sonuncu zəlzələlərin əvvəl ciddi və orta səviyyədə zədə
almış binalara zərər verdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb”, – məlumatda qeyd edilib.

22:44

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, nazir Ceyhun Bayramov Hatayda baş vermiş zəlzələ ilə bağlı
həmkarına zəng edib.

Source link