860e10b1-08e2-4e1d-bcd5-fc7b369d19be..jpg

Ceyhun Bayramov: “Hazırda Ermənistandan alınan təkliflər paketi əvvəlki ilə eyni deyil”

Baxış sayı: 842 dəfə baxılıb.

Ceyhun Bayramov: “Hazırda Ermənistandan alınan təkliflər paketi əvvəlki ilə
eyni deyil”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli
həmkarı Hakan Fidanla birgə mətbuat konfransında Ermənistanla sülh sazişi
haqqında jurnalistlərin sualını cavablandırıb.

Cixisyolu.com xəbər verir ki, Ceyhun Bayramov hazırda Ermənistandan alınan təkliflər
paketinin əvvəlki ilə eyni olmadığını bildirib:

“Yeni təkliflər paketində nikbinlik mövcuddur. Bu, məsələni müsbət cəhətdən
irəli apara bilər. Ermənistan öz istəklərini deyil, beynəlxalq hüquqa hörməti
sərgiləyərsə, müsbət nəticə əldə etmək mümkündür”.

Xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, ölkəmizin tarixində
prinsipial yanaşma hər zaman bu olub ki, Azərbaycanın sərhədləri yalnız
Azərbaycan əsgəri tərəfindən idarə oluna bilər. Burada üçüncü tərəfə yer verilə
bilməz.

“Bu, Azərbaycanın suveren hüququ və mövqeyidir. Ermənistan tərəfinə və xarici
işlər nazirinə bu məsələlər məlumdur. Bu nəzərə alındığı müddətdə müsbət
nəticələr əldə oluna bilər”, – deyə Ceyhun Bayramov vurğulayıb.

Aysel Aslan

Source link