Ceyhun Bayramov İrandakı səfirliyimizə hücum zamanı şəhid olan xidmət rəisinin
məzarını ziyarət edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən il ölkəmizin İrandakı
səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi
Orxan Əsgərovun məzarını ziyarət edib.
“Report” xəbər verir ki, XİN rəhbərliyi və kollektivi O.Əsgərovun İkinci
Şəhidlər xiyabanında yerləşən məzarınının önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 8:30
radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən
şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə
xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə
əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan XİN yanvarın
30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti
dayandırılıb.