61013750-3bdf-4029-8cf6-4ad1636513b4..jpg

Ceyhun Bayramov Lounes Magramaneni qəbul edib – FOTO

Baxış sayı: 536 dəfə baxılıb.

Ceyhun Bayramov Lounes Magramaneni qəbul edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə
səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər və Xaricdəki
Milli İcma Nazirliyinin baş katibi Lounes Magramaneni qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanla Əlcəzair arasında mövcud dostluq və
əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında fikir
mübadiləsi aparılıb, iki ölkə arasında siyasi dialoqun, məsləhətləşmə
mexanizminin, parlamentlərarası əməkdaşlığın və qarşılıqlı yüksək səviyyəli
səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşdə iki ölkə arasında enerji, kənd təsərrüfatı, humanitar, səhiyyə və
digər sahələrdə əməkdaşlıq perspektivləri, regional və çoxtərəfli formatlarda
əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində sədrliyi dönəmində irəli sürülmüş
təşəbbüslərin hərəkatın yenidən dirçəlməsi istiqamətində mühüm rol oynaması
təqdir olunub. Əlcəzairin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü
seçilməsinin əhəmiyyəti qeyd olunub, beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı müqabil tərəf Azərbaycana qarşı təcavüzün tarixçəsi,
post-münaqişə dövründə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün
təsis edilməsi vizionu barədə məlumatlandırılıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər
regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Source link