Ceyhun Bayramov Mərakeşdə rəsmi səfərdədir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş
Krallığına rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun həmsədrliyi ilə
Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında
ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər
naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası Təhsil, Elm və
Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və digər yüksək səviyyəli
rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.