c2772efa-c903-4d76-8eca-e054801167fe..jpg

Ceyhun Bayramov misirli həmkarı ilə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 1. 145 dəfə baxılıb.

Ceyhun Bayramov misirli həmkarı ilə görüşüb – YENİLƏNİB + FOTO

12 fevral tarixində xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri
çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şükri ilə
görüşüb.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı, tərəflər cari ilin yanvar ayında Misir Ərəb Respublikasının
Prezidentinin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, bu kimi yüksək
səviyyəli qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafı üçün
əhəmiyyətli olduğunu qeyd ediblər.

Görüşdə Azərbaycanla Misirin tarixi dostluq əlaqələrinin inkişafına və
əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə önəm verildiyi diqqətə
çatdırılıb.

Ölkələrimiz arasında BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və
digər beynəlxalq müstəvilərdə mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib,
qarşılıqlı dəstəyin vacibliyindən bəhs olunub. Bu xüsusda, mart ayında Bakıda
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə
Görüşünün əhəmiyyəti nazir Ceyhun Bayramov tərəfindən bildirilib.

Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin
sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqaməyində təşəbbüsləri barədə
məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar
törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib.

Tərəflər, həmçinin ticari-iqtisadi, mədəni, humanitar və digər sahələr üzrə
əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir
müzakirəsi aparıblar.

09:10

Fevralın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb
Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi
və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının
“Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq
konfransında iştirakı nəzərdə tutulur.

12 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar
səfərə yola düşüb.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 12, 2023

Source link