Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə postmünaqişə dövründə regional vəziyyəti
müzakirə edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
4 aprel 2024-cü il Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO
Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə
görüşüb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Görüşdə Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən
irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regionda mövcud vəziyyət
müzakirə olunub.
Nazir Ceyhun Bayramov hansı vəzifədə çalışmasından asılı olmayaraq, Azərbaycan
və Türkiyə arasında mövcud möhkəm qardaşlıq və dostluq münasibətlərinə verdiyi
töhfələrə görə Mövlud Çavuşoğluna təşəkkür edib.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT)
çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün
potensialın mövcud olduğu qeyd edilib. Xüsusilə, ölkəmizdə keçirilən
növbədənkənar Prezident seçkilərindən sonra baş tutan andiçmə mərasimində
möhtərəm cənab Prezidentin TDT ilə bağlı qeyd etdiyi tarixi fikirlərin
sözügedən Təşkilatın inkişafı ilə bağlı səylərimizin bundan sonra da davam
etdiriləcəyini sübut etdiyi vurğulanıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan
arasında sülh prosesi, aparılan danışıqlar və mövcud çağırışlardan bəhs edən
nazir Ceyhun Bayramov bölgəmizdən uzaqda yerləşən bir sıra dövlətlərin regional
sülh və inteqrasiya səylərinə, habelə kövrək normallaşma prosesinə hədə törədən
birtərəfli mövqe nümayiş etdirməsinin narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Mövlud Çavuşoğlu ölkəmizdə səfərindən, aparılan faydalı fikir mübadiləsi,
habelə nümayiş olunan yüksək qonaqpərvərlikdən məmnunluq duyduğunu ifadə edib.
Bundan öncə Türkiyə Respublikasının xarici işlər naziri qismində fəaliyyəti
dövründə olduğu kimi hazırkı vəzifəsinin icrası zamanı da iki ölkə arasında
mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi diqqətə
çatdırılıb.
Regional sülh və təhlükəsizliyin bərqərar olunmasına törədilən hədələrlə bağlı
Azərbaycanın haqlı mövqeyi və narahatlıqlarının öz növbəsində Türkiyə
tərəfindən də daim dəstəkləndiyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Bu gün, @TBMMresmi
NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, qardaşım@MevlutCavusoglu
baş tutdu. Müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi, çoxtərəfli
əməkdaşlıq & postmünaqişə dövründə regional vəziyyətlə bağlı ətraflı fikir
mübadiləsi apardıq.pic.twitter.com/iYtY8DI53z
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) April 4, 2024