f989619a-97c3-4724-bb97-697dc5101b16..jpg

Ceyhun Bayramov Qətər səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib – FOTO

Baxış sayı: 559 dəfə baxılıb.

Ceyhun Bayramov Qətər səfirini diplomatik fəaliyyətinin başa çatması
münasibətilə qəbul edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabı
diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Qətər əməkdaşlığının qarşılıqlı
hörmət, dəstək və əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb.

İki ölkə arasında mövcud olan yaxın dostluq və qardaşlıq münasibətlərinin, sıx
təmasların siyasi dialoqumuzun əsasını təşkil etdiyi vurğulanıb.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi son 30 il ərzində
Qətərin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə verdiyi
davamlı dəstəyə görə təşəkkür ifadə olunub.

İqtisadiyyat, infrastruktur, ticarət, turizm, təhsil, mədəniyyət, media və
humanitar mübadilə sahələri üzrə Azərbaycan-Qətər əməkdaşlığı və tərəfdaşlığı
üçün böyük potensial və perspektivlərin mövcud olduğu bildirilib.

Azərbaycan-Qətər münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə
minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab qəbula və ünvanına deyilən
sözlərə görə təşəkkürünü bildirib, Azərbaycandan ən xoş təəssüratlarla
ayrıldığını diqqətə çatdırıb, fəaliyyəti dövründə Azərbaycanın dövlət və
hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Source link