4972385e-f728-4989-a16a-b509f3e69e92..jpg

Ceyhun Bayramov Qazaxıstan səfirini diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib – FOTO

Baxış sayı: 902 dəfə baxılıb.

Ceyhun Bayramov Qazaxıstan səfirini diplomatik fəaliyyətinin bitməsi
münasibətilə qəbul edib – FOTO

Bu gün Ceyhun Bayramov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı
səfiri Serjan Abdıkarimovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi
münasibətilə qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı, tərəflər Azərbaycan və qardaş Qazaxıstan arasında ikitərəfli və
çoxtərəfli formatlarda yüksək səviyyəli səmərəli əməkdaşlığı, o cümlədən
iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm
və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf
perspektivlərini məmnunluqla vurğulayıblar.

Azərbaycan və Qazaxıstan arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi
köklərə əsaslandığını qeyd edən nazir Ceyhun Bayramov, bu möhkəm təməl üzərində
qurulan Azərbaycan və Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf
etdiyini diqqətə çatdırıb.

Nazir fəaliyyəti müddətində ölkələrimiz arasında mümasibətlərə verdiyi töhfəyə
görə səfir Serjan Abdıkarimova təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar
arzulayıb.

Səfir, öz növbəsində diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə
görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında münasibətlərin ən yüksək
səviyyədə inkişafından məmnun olduğunu diqqətə çatdıran səfir, gələcəkdə həm
ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində Azərbaycan və
Qazaxıstan arasında qarşılıqlı uğurlu fəaliyyətin davam edəcəyindən əminliyini
ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.

Source link