Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə regiondakı
vəziyyəti müzakirə edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin
beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy
arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüşdə Azərbaycanla
Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri,
habelə regional vəziyyət müzakirə olunub.
Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz ulu öndər Heydər
Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə məlumat
verib, növbəti ildə də mədəniyyət və humanitar sahələrdə iki ölkə arasında
birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır
olduğunu bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.