Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici
İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının
Moskva şəhərinə işgüzar səfərə yola düşüb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN)
məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir C.Bayramovun MDB Xarici İşlər
Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksəksəviyyəli görüşlərdə
iştirakı nəzərdə tutulur.
Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb