1be3346c-fe61-4164-b883-ee9816f92120..jpg

Ceyhun Bayramov: “Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil” – VİDEO

Baxış sayı: 578 dəfə baxılıb.

Ceyhun Bayramov: “Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sülh müqaviləsi hər şeyin 100 faiz həlli demək deyil”.

Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
“AzTV”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin
müəllifi məhz Azərbaycandır.

“Proses bir tərəfin istəyindən, arzusundan asılı deyil. Burada hər iki tərəfin
müvafiq addımlar atması önəmlidir. Azərbaycanın suverenliyi tam bərpa
olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən
ismarışları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarışları da eşidirik. Ancaq
pozitiv sözlərin və ismarışların verilməsi önəmli olsa da, onların real işlərə
transformasiya edilməsi daha önəmli məqamdır”.

Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh
müqaviləsi üzrə növbəti təkliflər paketini alıb:

“Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim
olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz
bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə
danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu,
ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər.

Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Gürcüstan
münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal
qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq
münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və
olmalıdır”.

Ətraflı süjetdə:


Source link