b7435d4c-dc9b-4919-90a8-568febff4900..jpg

Ceyhun Bayramov: “Xəzərin ekologiyası üzrə ekspert qrupunun ilk iclası dekabrda Bakıda keçiriləcək”

Baxış sayı: 743 dəfə baxılıb.

Ceyhun Bayramov: “Xəzərin ekologiyası üzrə ekspert qrupunun ilk iclası
dekabrda Bakıda keçiriləcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu il dekabrın 18-19-da Bakıda Xəzərin dəniz mühitinin mühafizəsi üzrə
Çərçivə Konvensiyası Katibliyinin fəaliyyətinin təşkili ilə bağlı sənəd
layihələrinin hazırlanması üzrə xüsusi ekspert qrupunun ilk müşavirəsinin
keçirilməsi barədə razılıq əldə olunub. Bu da konstruktiv dialoqa və mövqelərin
yaxınlaşmasına imkan yaradacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının dekabrın 5-də Moskvada
keçirilən görüşündə deyib.

Nazir xatırladıb ki, Xəzər dənizinin dayazlaşması məsələsi 6-cı Xəzər
sammitində Xəzəryanı ölkələrin başçılarının hərtərəfli müzakirələrinin
predmetinə çevrilib.

C.Bayramov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Xəzər dənizinin
dayazlaşmasının qarşısının alınması üçün səbəblərin və tədbirlərin müəyyən
edilməsi üçün ekspert qrupunun yaradılmasını təklif edib:

“Hazırda Bakı şəhərində ekspertlərin görüşünün təşkili istiqamətində işlər
aparılır. Xüsusilə, müvafiq gündəliyin konsepsiyası, iş proqramı və s. məqamlar
üzrə format hazırlanır. Əminəm ki, ekspert qrupunun uğurlu fəaliyyəti bizə
katibliyin Bakı şəhərində yerləşdirilməsi prosesinə başlamağa imkan verəcək”.

Source link