fb0b9cfe-911f-4559-be67-47b282926625..jpg

Ceyhun Bayramov Xorvatiya xarici və Avropa işləri naziri ilə görüş keçirib – FOTO

Baxış sayı: 583 dəfə baxılıb.

Ceyhun Bayramov Xorvatiya xarici və Avropa işləri naziri ilə görüş keçirib –
FOTO

6 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində xarici və Avropa
işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Qordan Qrliç Radman arasında
təkbətək, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə
geniştərkibli görüş keçirilib.

Görüşdə bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Xorvatiya
münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli
qarşılıqlı səfərlərin, ikitərəfli görüşlərin, davamlı siyasi dialoqun, o
cümlədən siyasi məsləhətləşmələr mexanizminin, beynəlxalq təşkilatlar
çərçivəsində sıx təmasların strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində
mühüm rolu vurğulanıb.

Tərəflər, Azərbaycan və Xorvatiya arasında ikitərəfli və beynəlxalq əməkdaşlıq
gündəliyi üzrə bir sıra məsələlər, eləcə də iqtisadi, enerji, kənd təsərrüfatı,
humanitar, turizm, minasızlaşdırma fəaliyyəti və digər istiqamətlər üzrə
əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlıq sahələrinin
şaxələndirilməsinin təmin edilməsinin vacibliyi ətrafında fikir mübadiləsi
aparıb. Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin
artdığı bir dövrdə Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri
üçün Orta Dəhlizin üstünlüklərindən yararlanmaq üçün çoxsaylı əlverişli
imkanların mövcudluğu vurğulanıb.

Nazirlər görüş çərçivəsində regional məsələlər ətrafında da geniş fikir
mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə
regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh
prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Ölkəmizin
təşəbbüslərinə baxmayaraq, Ermənistanın münasibətlərin normallaşması
istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmədiyi,
ziddiyyətli yanaşmasını davam etdirdiyi, əldə edilən razılaşmaların və
öhdəliklərin icrasından davamlı şəkildə yayındığı, siyasi və hərbi təxribatlara
əl atdığı, silahlı qüvvələrini hələ də ərazilərimizdən tam olaraq
çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə
təhlükəsizliyə təhdid yaratdığı bildirilib.

Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı
diqqətə çatdırılıb. Azərbaycanın əraziyə yüklərin daşınması və yolların paralel
olaraq istifadə olunması istiqamətində Azərbaycanın təkliflərinin rədd
olunmasının “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya
olduğunu sübut etdiyi diqqətə çatdırılıb.

Görüşün ardınca xarici işlər nazirləri tərəfindən ADA Universiteti və
Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik
Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Daha sonra tərəflər görüşün nəticələrinə dair mətbuata bəyanatlarla çıxış
ediblər.

Source link