96c8f394-388e-4e10-b4fe-799699f079dd..jpg

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub

Baxış sayı: 629 dəfə baxılıb.

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey
Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Ceyhun Bayramov 22 mart tarixində Moskva şəhərində
yerləşən “Crocus City Hall” mərkəzində çoxsaylı insan itkiləri ilə nəticələnən
dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissi keçirdiyini bildirib.

Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına, Rusiya xalqına və
hökumətinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa diləyib.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikasının terrorizmin
bütün forma və təzahürlərini qəti şəkildə pislədiyi vurğulanıb.

Source link